AZ

Çempionlar Liqası: Bu gün "Mançester Siti" - "Real Madrid" oyunu keçiriləcək

Bakı, 11 fevral, AZƏRTAC

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin matçlarına start veriləcək.

AZƏRTAC xəbər verir ki, ilk oyun günündə 4 görüş keçiriləcək.

Günün ilk matçı Fransada "Brest" və PSJ komandaları arasında olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

Gecənin ən prinsipial oyunu İngiltərə reallaşacaq. "Mançester Siti" turnirin son qalibi olan İspaniya "Real Madrid"ini qəbul edəcək. Matç Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Digər görüşlərdə Niderlandın PSV klubu İtaliyada "Yuventus"un, Almaniyanın "Borussiya Dortmund" komandası isə Portuqaliyada "Sportinq"in qonağı olacaq.

Qeyd edək ki, bu raundun digər 4 oyunu fevralın 12-də keçiriləcək. Cavab görüşləri isə fevralın 18-19-da olacaq.

Seçilən
21
azertag.az

1Mənbələr