AZ

ABŞ-da hava limanında 2 təyyarə toqquşdu: ölən var - Video

ABŞ-ın Arizona ştatında yerləşən hava limanında iki "Bombardier Learjet Gulfstream 2100" biznes təyyarəsi toqquşub.

Axar.az xəbər verir ki, məlumatı ABC telekanalı yayıb.

Bildirilib ki, hadisə Skottsdel şəhərində baş verib.

Özəl təyyarə uçuş-enmə zolağından kənara çıxaraq park vəziyyətində olan hava gəmisinə çırpılıb.

Nəticədə azı 1 ölüb, 5 nəfər isə xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Qeyd edək ki, Skottsdeldə uçuşlar ləğv edilib. Qəzanın səbəbləri araşdırılır.

Seçilən
7
4
axar.az

10Mənbələr