Bu gün Ümumdünya Xəstələr Günüdür.Missiya.Az xəbər verir ki, sözügedən tarix 1992-ci ildə Roma Papası II İohann Pavelin təşəbbüsü ilə təsis edilib.
1991-ci ildə II İohann Pavelə Parkinson xəstəliyi diaqnozu qoyulub. Katoliklərin dini rəhbəri həmin diaqnoz qoyulandan sonra Xəstələr Gününün qeyd olunması təşəbbüsünü irəli sürüb.
Həmin günün qeyd olunmasında başlıca məqsəd xəstələrin ağrı və iztirablarını yüngülləşdirmək və ictimaiyyətin diqqətini onlara göstərilən xidmətin səviyyəsini yüksəltməyə yönəltməkdir. Hər il Ümumdünya Xəstələr Günü çərçivəsində maarifləndirici aksiyalar təşkil edilir, xəstəliklərdən əziyyət çəkən insanlara dəstək məqsədilə müxtəlif tədbirlər keçirilir, xəstəxanalar ziyarət olunur, sağlamlığın qorunması və sağlam həyat tərzinin təbliği istiqamətində profilaktik addımlar atılır.
Arzu edirik ki, insanlar ciddi, ölümcül xəstəliklərə tutulmasınlar. Ümumi sağlamlıq prosedurları və s. kimi, sadəcə müsbət səbəblərdən həkimə müraciət etsinlər.
Zərintac MayisqızıMissiya.Az