AZ

Ərdoğan: İsrail verdiyi sözləri yenə tutmadı

Prezident Rəcəb Tayyib Ərdoğan rəsmi danışıqlar üçün Malayziyada olarkən Malayziyanın baş naziri Ənvər İbrahim ilə görüşüb.

Turkustan.az xəbər verir ki, prezident Ərdoğan Malayziyanın baş naziri ilə görüşündən sonra açıqlama verib. Prezident Ərdoğan çıxışında İsrailin atəşkəsi pozmasına toxunaraq deyib:

"İsrail verdiyi vədlərə əməl etməyib və atəşkəsi pozub. İsrail soyqırım siyasətlərini davam etdirir. Fələstinə yardımlarımız davam edəcək.

İsrail Fələstin ərazilərinin işğalına son qoymalı və vurduğu zərəri ödəməlidir. Müstəqil, suveren və coğrafi cəhətdən bütöv Fələstin Dövlətinin 1967-ci il sərhədlərinə əsaslanaraq, paytaxtı Şərqi Qüds olmaqla qurulması vacibdir".

Aytən Yaşar/ Turkustan.az

Seçilən
2
turkustan.az

1Mənbələr