AZ

Suriya prezidentindən Trampın planına reaksiya: həmin müharibəyə son qoysa...

Suriya prezidenti Əhməd əl-Şara ABŞ prezidenti Donald Trampın Qəzza planı ilə bağlı açıqlama verib.

Publika.az xəbər verir ki, Şara Trampın indiyə qədər müsbət mesajlar verdiyini və xüsusilə Rusiya-Ukrayna müharibəsinə son qoysa, qlobal münaqişələrin dayandırılmasında böyük rolu olacağını bildirib.

Həmçinin qeyd edib ki, Tramp daxili siyasətə və ABŞ iqtisadiyyatının dirçəldilməsinə fokuslanıb və son 20 ildə qeyri-sabitliyin hökm sürdüyü Yaxın Şərqdə sülhün qurulmasında maraqlıdır:

“Trampın fələstinliləri öz torpaqlarını tərk etməyə məcbur etmək cəhdi nə müdrik, nə əxlaqi, nə də siyasi baxımdan düzgün olardı. Heç bir gücün insanları öz torpaqlarından qovacağına inanmıram. Bir çox ölkələr bunu etməyə çalışdı və hamısı uğursuz oldu, xüsusən də Qəzzqadakı son müharibə zamanı. İnsanlar əzablara, ölümlərə və dağıntılara dözdülər, lakin onlar öz torpaqlarını tərk etməkdən imtina etdilər.”

Seçilən
8
4
publika.az

5Mənbələr