Ajans.az xəbər verir ki, problemlər Downdetector platformasında bildirilib.
Son bir saat ərzində istifadəçilərdən 6843-dən çox şikayət daxil olub.
İstifadəçilərin 45%-i TikTok veb-saytının tamamilə çökdüyünü bildirib. 37%-i mobil proqramla bağlı problem yaşayır.
Digər 7%-i şəxsi hesabına daxil ola bilmir, 3%-i isə bildiriş almır və mesaj göndərə bilmir. Problemlər PC versiyasında və tətbiqə girişdə müşahidə olunur.