1/4 final, ilk oyun
Kəpəz (Gəncə)- Neftçi (Bakı) 0:2 (0:1)
Kəpəz: 22. Məmməd Hüseynov, 12. Turan Manafov, 5. Rauf Hüseynli, 19. Sadiq Şəfiyev (7. Ehtiram Şahverdiyev, 71), 29. Dioqo Verdaska, 78. Yeqor Xvalko (k), 28. Rati Ardazişvili, 11. Trent Buhagyar (21. Camal Cəfərov, 46), 3. Mahamadu Ba, 10. Karim Lkoça (26. Valdemar Almeyda, 46), 88. Şevroni Mabatşoyev (9. Luis Paçu, 63).
Ehtiyat oyunçular: 1. Rojerio Santos, 18. Elgün Bayramov, 2. İlkin Qırtımov, 70. Nicat Süleymanov, 8. Elmir Tağıyev, 6. Nemət Musayev, 17. Ümid Səmədov.
Baş məşqçi: Azər Bağırov.
Neftçi: 93. Rza Cəfərov (k), 3. Höccət Haqverdi, 19. Azər Salahlı, 44. Yuri Matias, 24. Mustafa Sek, 4. Elvin Camalov, 18. Rinosuke Ohori, 10. Filip Ozobiç (20. Alfa Konte, 68), 8. Emin Mahmudov (13. Emil Səfərov, 84), 91. Ağadadaş Salyanski (90. Ramil Şeydayev, 72), 99. Ervin Koffi (47. Murad Məmmədov, 72).
Ehtiyat oyunçular: 1. Emil Balayev, 30. Rustam Samiqullin, 80. Həbib İsmayılov, 78. Elcan Əbilov, 23. Robert Bauer, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Samir Abasov.
Qollar: A.Salyanski, 36 (0:1). Y.Matias, 69 (0:2).
Vərəqələr: F.Ozobiç, 30 (qeyri-idman hərəkəti). E.Mahmudov, 48 (qeyri-idman hərəkəti). R.Cəfərov, 90+1 (oyunun bərpa prosesinin ləngidilməsi). R.Hüseynli, 90+2 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: İNQİLAB MƏMMƏDOV, Namiq Hüseynov, Rahil Ramazanov, Elvin Bayramov (hamısı Bakı).
VAR hakimi: Rəvan Həmzəzadə (Şəki).
VAR hakiminin köməkçisi: Nicat İsmayıllı (Bakı).
Hakim-inspektor: Rövşən Əhmədov (Bakı).
AFFA nümayəndəsi: Rüfət Əmirov (Bakı).
5 fevral. Tovuz. Şəhər stadionu. 500 tamaşaçı.
Birinci hissəyə 3, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Ölkə kubokunda bu mərhələnin açılış oyununda “Kəpəz” “Neftçi”ni qəbul etdi.
“Ağ-qaralar” artıq 25-ci saniyədə ilk təhlükəli vəziyyəti yaratdı. Salyanski – Ozobiç - Koffi kombinasiyasını sonuncu qeyri-dəqiq zərbə ilə tamamladı. 11-ci dəqiqədə Azərin cərimə meydançasına ötürməsini Ağadadaş bir toxunuşla Ohori üçün saxlasa da, yaponiyalının zərbəsi qeyri-dəqiq oldu. 15-ci dəqiqədə Koffidən topu “oğurlayan” Ardazişvili irəliləyib zərbə vurdu, ancaq top Sekdən qayıtdı. Buhagyarın təkrar zərbəsi də qeyri-dəqiq oldu. Bir dəqiqə sonra Sadiqdən ötürmə olan Buhagiar zərbə endirsə də, top qapıdan yan keçdi. 23-cü dəqiqədə Ba uzaqdan bəxtini sınasa da, zərbəsi qeyri-dəqiq oldu. Qarşılıqlı hücumlar şəraitində davam edən oyunun 36-cı dəqiqəsində hesab açıldı. Cinahdan cərimə meydançasına daxil olan Ozobiç elə “yumşaq” ötürmə verdi ki, Ağadadaşa yalnız topa toxunmaq qalırdı - 0:1. Hissənin sonunda “Kəpəz” hesabı bərabərləşdirməyə yaxın oldu. 45-ci dəqiqədə Turan Manafovun künc zərbəsindən qapı qarşısına ötürməsini Rauf Hüseynli tamamlasa da, top tirdən qayıtdı.
2-ci hissənin əvvəlində Raufun zərbəsi zamanı Rza Cəfərov yerində idi. 54-cü dəqiqədə Emin Mahmudovun cərimə zərbəsində azca dəqiqlik çatmadı. 69-cu dəqiqədə “ağ-qaralar” növbəti dəfə fərqlənməyi bacardı. Eminin cərimə zərbəsindən qapı qarşısına ötürməsindən sonra Matias topu tora qovuşdurdu – 0:2. “Kəpəz” cavab görüşünə intriqa saxlamaq üçün qollardan, heç olmasa, birinin əvəzini çıxmağa çalışırdı.
75 və 80-ci dəqiqələrdə Verdaska iki zərbə vurdu, ancaq hədəfinə çata bilmədi. 84-cü dəqiqədə isə Turanla Ratinin qurduğu kombinasiyanı Rauf qeyri-dəqiq zərbə ilə tamamladı.
İlk oyunda inamlı qələbə qazanan “Neftçi” yarımfinala çox yaxındı.
Gözdən qaçmadı
“Forza Neftçi” oyundan sonra pirotexniki vasitələrdən yararlanmaqla qələbəni futbolçularla birlikdə qeyd etdi.
ƏSƏD SEYİDOV
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta