Şamaxı rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Şamaxı şəhər sakini 1998-ci il təvəllüdlü Məmmədova Ləman İnqilab qızı yaşadığı evin hamam otağında dəm qazından boğulub. O, Göylər kənd 2 saylı orta məktəbdə tarix müəllimi işləyirmiş. Faktla bağlı araşdırma aparılır.