1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Crocus International" şirkəti "Crocus City Hall" konsert zalında "Piknik" qrupunun çıxışı zamanı baş vermiş terror aktı üzrə zərərçəkmiş kimi tanınıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə TASS-ın əldə etdiyi iş materiallarında deyilir.
"Bu qərarla "Crocus International" Açıq Səhmdar Cəmiyyəti Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205, 205.5, 222, 223.1-ci (terror aktı, silah və partlayıcı maddələrin qanunsuz dövriyyəsi, terror təşkilatının fəaliyyətində iştirak) maddələri ilə başlanmış cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınsın", - deyə iş üzrə sənədlərin birində bildirilib.
Qeyd edək ki, terror aktı nəticəsində yanan və hazırda istismarda olmayan "Crocus City Hall"un sahibi "Crocus International" ASC-dir.
Cinayət Prosessual Məcəlləsinə əsasən, zərərçəkmiş şəxsin cinayət işinin materialları ilə tam həcmdə tanış olmaq, məhkəmə iclasında iştirak etmək, sübutlar təqdim etmək, vəsatətlər vermək və dəymiş ziyanın ödənilməsi ilə bağlı mülki iddia qaldırmaq hüququ var. Əgər hüquqi şəxs zərərçəkmiş qismində tanınarsa, o, bütün bu hüquqlarını öz nümayəndəsi vasitəsilə həyata keçirir.