AZ

Kişi küçə musiqiçisi P.Diddini zorlamaqda ittiham edir

Səhnə adı P.Diddi ilə tanınan reper Şon Kombs yenidən zorlamada ittiham olunub...

Poliqon xəbər verir ki, bu dəfə ondan küçə musiqiçisi şikayət edib və TMZ onun iddiası ilə tanış olub.

Zərərçəkmiş mənəvi ziyana görə kompensasiya tələb edib.

2022-ci ilin noyabrında musiqiçi gecə klubunun qarşısında çıxış edib. Ona reperin mühafizəçisi yaxınlaşıb və P.Diddinin qonaqlığa dəvət edib. Evdə Şon Kombs qurbana içki təklif edib və sonra onu zərgərlik kolleksiyasını göstərmək üçün başqa otağa çağırıb.

Lakin bunun əvəzinə reper kişini ona oral və anal seks etməyə məcbur edib. Qurban içkisinə narkotik qatıldığına inanır: o, hər keçən an özünü daha da pis hiss edib. Musiqiçi bi də səhər oyanıb.

Kombsın vəkilləri bu iddiaları gülünc adlandırıblar: "Məhkəmədə həqiqət qalib gələcək: Cənab Kombs heç vaxt heç kimi, kişi və ya qadın, yetkin və ya azyaşlını cinsi istismara məruz qoymayıb və insan alveri etməyib".

P.Diddi əvvəllər də çoxsaylı zorlamalarda ittiham olunub. Ümumilikdə ona qarşı 120-dən çox iddia irəli sürülə bilər.

Poliqon.info

Seçilən
82
1
poliqon.info

2Mənbələr