Bakı. Trend:
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) DənizNəqliyyatı Donanmasına məxsus “Ağdam” gəmi-bərəsinin tərsanə təmiriyekunlaşıb.
Trend bu barədə“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) istinadən xəbərverir.
Bildirilib ki, təmir işləri “Zığ” Gəmi Təmiri və TikintisiZavodunda aparılıb.
Təmir müddətində gəmi üzrə gövdə qaynaq, avtomatika və boruişləri görülüb, baş mühərriklər və müxtəlif təyinatlı nasoslarsazlanıb. Bərənin sualtı və suüstü hissəsi, vaqon göyərtəsitəmizlənərək rənglənib. Həmçinin gəmi heyətinin yaşayış şəraitiniyaxşılaşdırmaq üçün kayutlarda zəruri işlər görülüb.
Bundan başqa, “Ağdam” gəmi-bərəsində müasir VHFpartlayışadavamlı əl radiostansiyaları və sürətölçmə avadanlığı(LAQ) quraşdırılıb, gəminin qara qutusunda və Komanda YayımQurğusunda təmir-bərpa işləri aparılıb.
Proses başa çatdıqdan sonra gəmi-bərə yenidən istismaraqaytarılıb. Hazırda “Ağdam” Ələt limanından TürkmənistanınTürkmənbaşı limanına istiqamətlənib.
Məlumat üçün bildirək ki, uzunluğu 154.3 metr, eni 18.3 metrolan “Ağdam” gəmi-bərəsinin maksimal sürəti 12.5 uzeldir.