Müdafiə Nazirliyi ölkədə mövsümi xarakter daşıyan respirator virus infeksiyalarının artmasını nəzərə alaraq, adaptasiya dövründə olan gənc əsgərlərin sağlamlığını qorumaq məqsədilə hərbi hissələrdə görüşlərə müvəqqəti məhdudiyyət tətbiq edilib.
Bu barədə Ajans.az-a MN-dən bildirilib.
Nazirlik ictimaiyyətdən hərbi qulluqçuların sağlamlığına həssaslıqla yanaşmağı və bu məhdudiyyəti anlayışla qarşılamalarını xahiş edib. Xüsusilə andiçmə mərasimləri zamanı hərbi hissələrə gəlməmək tövsiyə olunub.