AZ

Mask OpenAl-ı 97 milyard dollara almaq istəyir - Sem Altmandan cavab

ABŞ hökumətinin Hökumətin Səmərəliliyi İdarəsinin rəhbəri, milyarder İlon Mask bir qrup investora başçılıq edərək, "ChatGPT" və süni intellekt sahəsində digər yüksək texnoloji məhsulların inkişaf etdiricisi olan "OpenAI"da nəzarət paketinə malik olan qeyri-kommersiya təşkilatını almaq üçün 97,4 milyard dollar dəyərində təklif irəli sürüb...

Poliqon xəbər verir ki, bu barədə The Wall Street Journal məlumat yayıb.

Nəşr Maskın vəkillərinə istinadən xəbər verir ki, İlon Maskın başçılıq etdiyi investorlar konsorsiumu "OpenAI"a nəzarət edən qeyri-kommersiya təşkilatını almaq üçün 97,4 milyard dollar təklif edir.

Onlardan biri, vəkil Mark Toberoff fevralın 10-da "OpenAI"nin direktorlar şurasına QHT-nin bütün aktivlərini almaq üçün təklif elan edib.

Bu iddiaya ChatGPT çatbotunu hazırlayan "OpenAI" şirkətinin rəhbəri Sem Altman X sosial şəbəkəsində cavab verib. "Xeyr, təşəkkür edirəm, amma istəsəniz, "Twitter"i 9,74 milyard dollara ala bilərik", deyə Altman yazıb.

Poliqon.info

Seçilən
11
poliqon.info

1Mənbələr