AZ

“Google” Meksika Körfəzinin adını dəyişdi

Meksika Körfəzinin adının dəyişdirilməsinə başlanılıb və ABŞ istifadəçiləri artıq yeni ad yeniləməsini görə bilərlər.

Yenicag.az xəbər verir ki, bu barədə “Google” korporasiyası şirkətin bloqunda məlumat verib.

“ABŞ-də Coğrafi Adlar İnformasiya Sistemi (GNIS) rəsmi olaraq Meksika körfəzini Amerika Körfəzi ilə yenilədi”, – şirkətin açıqlamasında deyilir.

“Google”, ABŞ-də xəritələrdən istifadə edən insanların “Amerika Körfəzi” adını, Meksikadakı istifadəçilərin isə ” Meksika Körfəzi” adını görəcəyini söylədi. “Hər kəs hər iki adı görəcək” dedi şirkət.

Yanvarın 21-də ABŞ prezidenti Donald Tramp Meksika körfəzinin rəsmi olaraq Amerika körfəzi, Şimali Amerikanın ən hündür dağı Denali isə MakKinli dağı adlandırılması prosesinin başlanmasına dair sərəncam imzalayıb.

 

Seçilən
1
1
yenicag.az

2Mənbələr