AZ

Nazir müavini: Ötən il 16 minə yaxın gənc müxtəlif peşə kurslarına cəlb edilib

Gənclər cəmiyyətin vacib hissəsidir. Hazırda cəmiyyətimizin 22 faizini gənclər təşkil edir. Bu, 2,3 milyon nəfər deməkdir ki, bunun da 1,3 milyon nəfəri işçi qüvvəsidir.

AzEdu.az xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov İnsan İnkişafı Forumunda deyib.

O bildirib ki, ötən il 16 minə yaxın gənc müxtəlif peşə kurslarına cəlb edilib.

“Əmək yarmarkalarının sayı 150-yə çatıb, peşəyönümlü xidmətlər 200 mini ötüb, 2500 gənc məşğulluq proqramından yararlanıb. Nazirlik nəzdində fəaliyyət göstərən DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində il ərzində 200-ə yaxın gənc potensiallarını inkişaf etdirirlər. Bizim ən böyük sərvətimiz gənclərimizin potensiallarını reallaşdırmasıdır”,- deyə nazir müavini vurğulayıb.

Seçilən
17
1
azedu.az

2Mənbələr