AZ

Tramp HƏMAS-dan bütün girovları buraxmasını tələb edib

ABŞ Prezidenti Donald Tramp HƏMAS-dan bütün girovları fevralın 15-i günortaya qədər buraxmağı tələb edib, əks halda Qəzza zolağında atəşkəs rejimi pozulacaq.

O, bu barədə Ağ Evdə jurnalistlərlə söhbəti zamanı bildirib.

"Əgər onlar şənbə günü saat 12:00-a qədər qaytarılmasa, düşünürəm ki, bütün razılaşmaları ləğv etmək vaxtı gəlib", - Tramp söyləyib.

O, "HƏMAS bu tələbi yerinə yetirməsə ABŞ-nin nə edəcəyi" barədə suala cavab verməkdən yayınıb.

Bundan əvvəl Fələstinin HƏMAS hərəkatı fevralın 15-nə planlaşdırılan daha bir girov qrupunun azad edilməsini təxirə salmaq qərarına gəlib.

Qeyd edilib ki, bu qərar İsrail tərəfindən atəşkəs razılaşmasının pozulmasına görə verilib.
 
 

Seçilən
0
9
7news.az

10Mənbələr