AZ

Tramp qalmaqallı sərəncamı imzaladı

ABŞ Prezidenti Donald Tramp Oval Ofisdə keçirilən mərasimdə polad və alüminium idxalına 25 faizlik gömrük rüsumunun tətbiqi ilə bağlı sərəncam imzalayıb. 

"Cebheinfo.az" xəbər verir ki, Tramp verdiyi açıqlamada "Biz istisnasız olaraq bütün alüminium və polad məhsullarına 25 faiz rüsum tətbiq edirik",- deyib. 

O əlavə edib: "Bu, böyük bir işdir. Bu, Amerikanı yenidən zənginləşdirməyin başlanğıcıdır". 

Tramp ABŞ polad və alüminium sənayesinin əvvəlki ABŞ administrasiyalarının uğursuz ticarət siyasətləri səbəbiylə layiq olduğu yerdə olmadığını vurğulayıb: 

"Millətimiz polad və alüminiumun xarici ölkələrdə deyil, Amerikada istehsal olunmasını istəyir. Polad və alüminium sənayemizi qorumaq mütləqdir. Bu gün mən polad və alüminium tariflərimizi heç bir istisna və ya güzəşt olmadan 25 faiz səviyyəsində saxlamaqla sadələşdirirəm ki, hamı bunun nə demək olduğunu tam başa düşə bilsin". ABŞ-də istehsalın həyata keçiriləcəyi təqdirdə gömrük rüsumlarının tətbiq edilməyəcəyini bildirən Tramp yerli istehsalın da qiymətlərə müsbət əks olunacağını vurğulayıb. 

Seçilən
3
cebheinfo.az

1Mənbələr