AZ

Azərbaycanda inək və qoyunların sayı azaldı

2025-ci ilin yanvarın 1-ə olan vəziyyətinə görə ölkədə iri buynuzlu mal-qaranın sayı 2 milyon 459,7 min baş hesablanıb.

Valyuta.az rəsmi statistik göstəricilərə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,9 % və ya 48 min baş azalma deməkdir.

Qeyd edək ki, 2024-cü ilin eyni ayında iribuynuzlu mal-qaranın sayı 2 milyon 507,7 min baş olub.

Bu ilin 2025-ci ilin yanvarın 1-ə olan məlumata görə, inək və camışların sayı 1 milyon 223 min baş olub. Bu ötən ilə nisbətən 12 min baş azalma deməkdir. Eyni dövrdə qoyun və keçilərin sayı 6 milyon 850,2 min baş olub ki, bu da ötən ilə nisbətən 210 min baş azalma deməkdir.

Məlumata görə, iribuynuzlu mal-qaranın 49,7- i inəklər və camışlar təşkil edir.

Sərvanə Rəmixanova

Seçilən
4
valyuta.az

1Mənbələr