AZ

HƏMAS: İsrail atəşkəsin 4 maddəsini pozdu

Həmas İsrailin yanvarın 19-da qüvvəyə minən atəşkəs razılaşmasının dörd maddəsini pozduğunu bildirib.

Turkustan.az xəbər verir ki, Həmas yazılı açıqlamada, hərəkatın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarının İsrailin atəşkəs razılaşmasındakı öhdəliklərini yerinə yetirmədiyi səbəbiylə həftə sonu üçün planlaşdırılan məhbus mübadiləsini dayandırdığını xatırladıb.

Bəyanatda qeyd edilib ki, Qəssam Briqadaları məhbus mübadiləsi tarixindən 5 gün əvvəl dayandırma qərarını açıqlayıb və beləliklə, vasitəçi ölkələrə İsrailin atəşkəs şərtlərinə əməl etməsini təmin etmək üçün təzyiq etmək imkanı verib.

Həmçinin HƏMAS-ın atəşkəs razılaşmasının bütün müddəalarını yerinə yetirdiyi vurğulanıb və əlavə edilib: "Həmas olaraq biz təyin olunmuş vaxtda bütün öhdəliklərimizi yerinə yetirmişik".

Aytən Yaşar/ Turkustan.az

Seçilən
2
turkustan.az

1Mənbələr