AZ

Lənkəranda ferma yanıb

Lənkəran, 11 fevral, İlkin Adıyev, AZƏRTAC

Lənkəranda fermanın tavan hissəsi yanıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə səhər saatlarında rayon ərazisində baş verib. Qərənfil Əzizağa qızı Əkbərova məxsus, ümumi sahəsi 200 kvadratmetr olan fermanın tavan hissəsi yanıb.

Dərhal əraziyə FHN-nin Cənub Regional Mərkəzinin Lənkəran yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Görülən tədbirlər nəticəsində qısa müddətdə yanğın söndürülüb və digər tikililərə keçməsinin qarşısı alınıb.

Yanğının hansı səbəbdən baş verdiyi araşdırılır.

Seçilən
1
5
azertag.az

7Mənbələr