Bakı. Trend:
Bu gün Malıbəyli və Quşçular kəndlərində azərbaycanlılara qarşıtörədilmiş qanlı faciədən 33 il ötür.
Trend xəbərverir ki, Birinci Qarabağ müharibəsi zamanı - 1992-ci il fevralın10-12-də erməni silahlı dəstələri Şuşa rayonunun Malıbəyli, AşağıQuşçular və Yuxarı Quşçular kəndlərinə hücum edərək, çoxsaylı dincazərbaycanlını qətlə yetiriblər.
Şuşa şəhərinə yaxın dağlıq ərazidə, yaylaqlarda yerləşənMalıbəyli və Quşçular kəndlərinin əhalisi tamamiləazərbaycanlılardan ibarət idi. Burada təxminən 4 min nəfəryaşayırdı. 1988-ci ildə Xocalıya olduğu kimi, bu kəndlərə dəErmənistandan zorla çıxarılmış təxminən 1500-ə yaxın köçkünyerləşmişdi. Qarabağ müharibəsi başlanan andan etibarən bu kəndlərerməni silahlı birləşmələrinin əsas hədəflərinə çevrilmişdi.
1991-ci ilin oktyabrından etibarən Malıbəyli tamamilə mühasirədəolduğu üçün kənddən çıxış yalnız hava yolu ilə mümkün idi. Lakinyanvarın 28-də Şuşaya uçan sonuncu vertolyotun ermənilər tərəfindənvurulmasından sonra kənd əhalisinin əli hər yerdən üzülmüşdü. Hərtərəfdən mühasirədə olan Malıbəylilər çarəsiz idilər. Ölümün gözünədik baxmağa məcbur idilər. Fevralın 10-da rus silahlılarının dadaxil olduğu erməni silahlı qüvvələri Malıbəyliyə hücum etdi. Hərkəs Quşçular kəndinə qaçmağa çalışırdı. Kənddəki evləryandırılırdı. Kənd sakinləri ermənilərlə yaşam uğurundan mübarizəaparır, qəhrəmancasına döyüşürdülər.
Təcavüzkar silahlı erməni birləşmələrinin tərkibində müxtəlifölkələrdən gəlmiş muzdlularda da döyüşürdü. Malıbəyli, Quşçularkəndlərinin erməni silahlı birləşmələri tərəfindən ələ keçirilməsiilə Şuşa və Xocalı şəhərləri tamamilə blokada altına alındı. Dinc,günahsız və köməksiz mülki vətəndaşlar qanına qəltan edildi. Ancaqqarşıda hələ Qaradağlı, Ağdam və Xocalı planı vardı...
İllər keçsə də, yaşadığımız ağrı və itkilər heç vaxtunudulmayacaq. Qırx dörd günlük Vətən müharibəsində torpaqlarımızazad edilsə də, şəhidlərimizin itkisini heç nə geri qaytara bilməz.Malıbəyli və Quşçularda həlak olanları, 33 il ərzindəitirdiklərimizi, şəhidlərimizi heç bir zaman unutmamalıyıq!