AZ

Bu ölkələr Ukraynaya sülhməramlılar göndərə bilər

Böyük Britaniya, Fransa, Almaniya və Polşa ABŞ-nin maddi-texniki dəstəyi ilə öz sülhməramlılarını Ukraynaya göndərə biləcək ölkələr arasında ola bilər.

Adalet.az xəbər verir ki, bu barədə Amerikanın "Bloomberg" agentliyi yazı.

Agentlik xatırladır ki, yanvar ayında Ukrayna lideri Volodimir Zelenski "Bloomberg" ilə söhbətində Kiyev üçün mümkün təhlükəsizlik zəmanəti kimi Ukraynada Amerika qoşunlarının yerləşdirilməsində israr etmişdi.

"Reallıqda yük Amerika logistikasının dəstəklədiyi Avropa sülhməramlılarının üzərinə düşəcək. Siyasi baxımdan nə qədər çətin olsa da, iştirak etmək ehtimalı yüksək olan ölkələr, o cümlədən Britaniya, Polşa, Fransa və Almaniya öz hərbi öhdəliklərini gücləndirməyə başlamalıdırlar", - qəzet yazır.

Seçilən
4
adalet.az

1Mənbələr