AZ

İlham Əliyev: Azərbaycan-İran münasibətləri bölgədə təhlükəsizliyin möhkəmlənməsinə xidmət edəcək

Hazırda Azərbaycanla İran arasında ikitərəfli gündəlikdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər yer almaqdadır.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyiyə göndərdiyi təbrik məktubunda deyilir:

"Hesab edirəm ki, mövcud imkanlardan yararlanaraq ölkələrimiz arasında əməkdaşlığın dərinləşməsinə nail ola bilərik”.

Dövlət başçısı bildirib ki, qarşılıqlı hörmətə və mehriban qonşuluğa əsaslanan Azərbaycan-İran münasibətlərinin iki dövlətin və xalqın mənafelərinə uyğun inkişaf edərək bölgədə sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə xidmət edəcəyinə inanır.
 
 

Seçilən
23
7
7news.az

9Mənbələr