Livanda "Hizbullah"a məxsus silah anbarından ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) humanitar yardımı tapılıb.
hakimiyyet.az xəbər verir ki, bu barədə "New York Post"a İsrailin ehtiyatda olan hərbçisi məlumat verib.
O qeyd edib ki, Livanda "Hizbullah"ın dayaq məntəqəsində patrulda olarkən snayper tüfəngləri, tank əleyhinə raketlər və partlayıcı maddələrin yanında üzərində USAID yazısı olan bağlamalar aşkar edib.