AZ

"Persepolis" klubu "Traktor"la oyunda yaşananlara görə cərimələnib

İranın "Persepolis" klubu ölkə çempionatında Təbrizin "Traktor" komandası ilə oyunda yaşananlara görə cərimələnib.

"Report" yerli mətbauta istinadən xəbər verir ki, buna sözügedən qarşılaşmada irqçi şüarların səsləndirilməsi səbəb olub.

Tehran təmsilçisi 2 milyard tümən (80 min manat) cərimə olunub. "Traktor" isə 1 milyard tümən (40 min manat) ödəməli olacaq.

Bundan əlavə, tərəflər arasında qarşıdakı iki mövsümdə ev və səfər matçları azarkeşsiz keçiriləcək. "Persepolis"in ev matçlarına isə məhdud salyda qadın fanatlar buraxılacaq.

Qeyd edək ki, görüş "Persepolis"in qələbəsi ilə başa çatıb - 2:0. "Traktor" hazırda İran çempionatında 41 xalla liderdir.

Seçilən
4
1
report.az

2Mənbələr