AZ

Azərbaycanda un bahalaşdı

Azərbaycanda fevralın 10-na unun topdansatış qiyməti açıqlanıb.

İqtisadiyyat.az istinadən xəbər verir ki, ötən həftə ilə müqayisədə topdansatış bazarda un bahalaşıb.

Belə ki, un istehsalçıları qiymətləri 5 qəpikdən 50 qəpiyə qədər artırıblar.

Açıqlanan rəsmi məlumata görə, hazırda ölkədə 50 kq-lıq unun topdansatış qiyməti 26,50 - 28,2 manat aralığında dəyişir. 

Ən ucuz un növü bazara “Dəvəçi-Taxıl” MMC, ən bahalısı isə “Azeri-Arapoğlu U.S.və T.LTD” BM tərəfindən təqdim olunur.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məlumatına əsasən, un istehsalçılarının hazırda topdansatış qiymətlərini təqdim edirik.

Seçilən
17
29
buta.media

10Mənbələr