AZ

Ququşun xatirələr kitabı nəşr olunacaq

Amerikada mühacirətdə yaşayan tanınmış müğənni və sənətçi Faiqə Atəşinin (Ququş) “Həyatımın heyrətamiz hekayəsi” adı ilə xatirələr kitabı nəşr olunacaq.

Kult.az xəbər verir ki, bu barədə Ququş özünün sosial media hesabında məlumat yayıb.

Ququş xatirələrini yaxın ətrafı və sənət dostlarının təkidi ilə 2015-ci ildən ingilis dilində yazmağa başladığını və yaxın günlərdə işıq üzü görəcəyini bildirib:

“Mənim hekayəm, bizim hekayəmiz təkcə özüm üçün deyil, onda məna tapa bilənlər, nə baş verdiyini bilmək hüququ olan gələcək nəsillər üçün deyilməli idi. Bu kitabda ilk dəfə olaraq öz həyat hekayəmi tam olaraq sizinlə paylaşıram: çoxdankı arzularımı, ictimai-siyasi inanclarımı və ən əsası isə sənət ruhumu”.

Seçilən
11
axar.az

1Mənbələr