AZ

Sumqayıtlı şagirdlər Avropa çempionatında uğur qazanıb - FOTO


Sumqayıt məktəbliləri Polşanın Byelsko-Byala şəhərində yeniyetmə, gənclər və U-21 yaş kateqoriyaları arasında keçkirilən 52-ci Avropa çempionatında (WKF / idman karatesi) uğurla çıxış ediblər.

Bakupost.az xəbər verir ki, Sumqayıt şəhər 4 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Ələddin Məlikov (16-17 yaş, 68 kq) gümüş, 39 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Vüsal Qənbərov (14-15 yaş, 52 kq) isə bürünc medal qazanıblar.

Ümumilikdə Azərbaycan millisi Polşada 3 medal qazanıb. Digər bürünc medalı isə Əliəşrəf Qafarov (14-15 yaş, 57 kq) əldə edib.

Lalə, BakuPost





Seçilən
4
bakupost.az

1Mənbələr