Mərkəzi Bank “Tiko Azərbaycan”a lisenziya verib
Azərbaycan Mərkəzi Bankı “Tiko Azərbaycan" MMC-yə elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən lisenziya verib.
Reyting.az xəbər verir ki, lisenziya "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanuna əsasən verilib.
Məlumata görə, bununla da lisenziyası olan təşkilatların sayı 23-ə çatıb.