ABŞ Prezidenti Donald Tramp İranla hərbi münaqişəyə cəlb olunmaqdansa, razılaşma əldə etməyə üstünlük verdiyini açıqlayıb.
Missiya.Az xəbər verir ki, bunu Ağ Ev rəhbəri "Fox News" telekanalına müsahibəsi zamanı deyib.
"Hamı düşünür ki, İsrail bizim köməyimiz və ya razılığımızla İranı bombalayacaq. Mən bunun olmamasını istərdim və İranla razılıq əldə etməyə üstünlük verirəm. Çünki bu, bizə İranın nüvə obyektlərində yoxlamalar aparmağa və müşahidə etməyə imkan yaradacaq", - deyə siyasətçi vurğulayıb.
Tramp bildirib ki, İrana nüvə silahı əldə etməyə imkan vermək olmaz.
Ağ Ev rəhbəri həmçinin qeyd edib ki, Tehran narahatlıq içərisindədir, çünki o müdafiə potensialını demək olar ki, itirib.
Daşqın HəsənovMissiya.Az