AZ

Rusiyada yaşayan milyarderlər HƏRƏKƏTƏ KEÇDİ, Ağalarov və Qod Nisanovdan SƏRT HƏMLƏ

Xəbər verdiyimiz kimi, siyasi şərhçi Elxan Şahinoğlu da sosial şəbəkə hesabında rusiyalı deputatların azərbaycanlıların Rusiyadan qovulması çağırışları ilə bağlı paylaşım edib.

O bildirib ki, rusiyalı parlamentarilər hətta “azərbaycanlıların diaspora təşkilatlarını dağıtmaq lazımdır” kimi ifadələr səsləndirir:

“Bu arada, Rusiyadakı azərbaycanlı biznesmenləri də hədəf göstərir, Araz Ağalarov və Qod Nisanov kimi tanınmış iş adamlarına problem yaratmağı Kremlə “məsləhət” görürlər. Halbuki Rusiyadakı azərbaycanlı iş adamlarının mütləq əksəriyyəti yaşadıqları ölkənin vətəndaşlarıdır, Rusiya pasportunun daşıyıcılarıdır. Azərbaycan əleyhinə danışan Rusiya Dövlət Dumasındakı deputatların əksəriyyəti bu ölkənin hakim partiyasının üzvləridir. Deməli, elə Kremldəkilər də bunlar kimi düşünürlər. Bu kimi açıqlamaların ardınca, azərbaycanlı miqrantlara qarşı zorakılıq hallarının artacağını proqnozlaşdırmaq olar, hətta Rusiyadakı şovinist qüvvələrin yatmış hücrələrdən çıxaraq təxribatlara əl atacaqları da istisna deyil. Bütün bunlar ona görə baş verir ki, Kreml raketlə vurulan təyyarəyə və öldürülən insanlara görə məsuliyyət daşımaq istəmir”.

Əldə etdiyimiz məlumata görə, Rusiyada yaşayan azərbaycanlı milyarderlər hərəkətə keçib. Onlar hökumətin yüksək eşalonunda təmsil olunan şəxslərə müraciət edirlər. Məqsəd bu günə qədər azərbaycanlılara qarşı aparılan kampaniyaya etiraz etmək və situasiyanı dəyişdirməkdir.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.15-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız tanınmış jurnalist, siyasi ekspert Fuad Abbasovdur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

Seçilən
17
paytaxt.org

1Mənbələr