Ermənistanla Azərbaycan arasında danışıqlar dalana dirənməyib, lakin Bakı 3 aydır ki, İrəvanın təkliflərinə cavab vermir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan keçirdiyi brifinqdə bildirib.
“Ermənistanla Azərbaycan arasında danışıqların çıxılmaz vəziyyətə düşdüyünü deyə bilmərəm. Lakin Azərbaycan 3 aydır ki, bizim təkliflərimizə cavab vermir ki, bu da narahatlıq doğurur”, - deyə o, əlavə edib.
Simonyan qeyd edib ki, regionda nəsillər boyu davam edəcək sülhün bərqərar olması üçün tarixi imkanımız var.