AZ

Köhnə "iPhone"unuz varsa varlana bilərsiniz!

Köhnə "Apple" smartfonunu satmaqla varlanmaq mümkündür.

Redaktor.az xəbər verir ki, bu barədə "GizChina" məlumat yayıb .

Məlumata görə, istifadəçilərin böyük əksəriyyəti smartfonlar alır və sonradan onları yeniləri ilə əvəz etmək üçün istifadə edir. Buna görə də, mükəmməl vəziyyətdə olan nadir modellər dövriyyədə qalmayıb, baxmayaraq ki, onlar kolleksiyaçılar arasında tələbatdır və sahiblərinə sərvət gətirə bilər.

Müəlliflər qeyd ediblər ki, köhnə "iPhone"un hərracda satılma ehtimalı azdır - bunun baş verməsi üçün qurğu müəyyən dəyərə malik olmalıdır. Nümunə olaraq onlar rekord qiymətə - 190 min dollara, yəni təxminən 18,5 milyon rubla satılan birinci nəsil "iPhone"u göstəriblər.

Hərraca çıxarılan ən bahalı smartfonlar adətən zavod plyonkasında möhürlənir, yəni heç vaxt açılmayıb. Həmçinin qutu və möhürlərdə heç bir zədə olmamalıdır. Müəlliflərin fikrincə, 190 min dollara satılan telefonun həm də 4 giqabayt daxili yaddaşı var idi - bu, çox nadir birinci nəsil versiya idi.

Türkan İSGƏNDƏRLİ

Seçilən
5
redaktor.az

1Mənbələr