AZ

İlk iş yerlərində gənclərimiz aşağı həcmli əməkhaqqı ilə çalışmağa məcbur olurlar - Nazir müavini

İlk iş yerlərində gənclərimiz bir çox vaxtlarda minimum əməkhaqqı və ya digər aşağı həcmli əməkhaqqı ilə çalışmağa məcbur olurlar. Amma əsas məsələ, əlbəttə ki, onların təcrübə və səriştə toplamasıdır.

Bunu bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov bu gün Bakıda keçirilən İnsan İnkişafı Forumunda deyib.

O bildirib ki, hazırda Azərbaycan cəmiyyətinin təqribən 22%-i gənclərdən ibarətdir:

"Bu, təxminən 2,3 milyon nəfər deməkdir. Onlardan işçi qüvvəsini təqribən 1,3 milyon nəfər təşkil edir. Ötən il ərzində peşə hazırlığı istiqaməti üzrə təqribən 6 minə yaxın gəncimiz müxtəlif peşə kurslarına cəlb edilmişdir.

Eyni zamanda ötən il əmək yarmarkalarının sayı 150-yə çatmışdır. Peşə yönümlü xidmətlər təqribən 200 mini keçmişdir. Özünəməşgulluq proqramından təqribən 2500 gəncimiz faydalanmışdır.

Bu ilin yanvar-fevral aylarından əməkhaqları ilə bağlı da islahatlar baş vermiş və minimum əməkhaqqı artırılmışdır. Bu özlüyündə təqribən 700 min nəfər vətəndaşımıza təsir etmişdir".

"Biz əgər gənclərdən danışırıqsa, əlbəttə ki, onların əmək bazarına uyğunlaşması vacibdir. İlk iş yerlərində onlar bir çox vaxtlarda minimum əməkhaqqı və ya digər aşağı həcmli əməkhaqqı ilə çalışmağa mecbur olurlar. Amma əsas məsələ əlbəttə ki, onların təcrübə və səriştə toplamasıdır", - nazir müavini qeyd edib.

©trend

Seçilən
0
1
valyuta.az

2Mənbələr