“Neftçi” Azərbaycan çempionatları tarixində 650-ci səfər qolunu vurub.
Publika.az xəbər verir ki, bu qola Emin Mahmudov imza atıb. Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
O, Azərbaycan Premyer Liqasının 22-ci turunun “Zirə” ilə görüşündə hesabı açıb.
2:1 hesabı ilə qalib gələn “ağ-qaralar” rəqib meydanlarındakı 467-ci oyunda 651-ci qola da imza atıb.