AZ

"Qarabağ" mənə qalmağı təklif etdi, amma..." - Andrey Lunyov

style='margin-bottom:10px;'>

"Qarabağ"ın sabiq qapıçısı Andrey Lunyov sport24.ru saytına müsahibə verib.

QOL.az xəbər verir ki, 33 yaşlı qolkiper Ağdam təmsilçisindən ayrılmağının səbəbindən də danışıb.

Hazırda Moskva "Dinamo"sunun formasını geyinən Lunyov "Qarabağ"dan yeni müqavilə üçün təklif aldığını, lakin oğluna görə Rusiyaya qayıtdığını deyib: 

"Qarabağ" mənə qalmağı təklif etdi. Orada hər şeydən razı idim. Bakı əla şəhərdir, çox rahatdır. Mən məmnuniyyətlə qalardim, amma Moskvada oğlumun inkişafı üçün daha çox imkanlar var. Oğlumun bu il 5 yaşı tamam oldu. Məktəbə az qalıb, hazırlıqlar başlayır. Daimi yaşayış yeri haqqında qərar vermək lazım olduğu vaxt gəlmişdi. Ona görə də doğulub boya-başa çatdığım Moskvaya qayıtdım".

Qapıçı 2023-cü ildə "Bayer"dən ayrıldıqdan sonra "Qarabağ"a gəlməyindən də söz açıb: "Qarabağ” öz çempionatında hegemondur və müntəzəm olaraq avrokuboklarda çıxış edir. Mənim üçün əsas olan bu idi".

O, həmin vaxt başqa klublardan da təkliflər gəldiyini, lakin "Qarabağ"ı seçdiyini deyib: "Türkiyə komandalarının yarısı mənimlə maraqlanırdı. Onların arasında ən prestijli klub yəqin ki, "Fatih Karagümrük" idi. Həmin vaxt Maqa Ozdoev orada oynayırdı. Ona görə də ümumilikdə keçidin əleyhinə deyildim. Amma əvvəlcə məşqçilər heyətinə dəyişikliklər oldu və Andrea Pirlo klubdan getdi. Və sonra məlum oldu ki, "Fatih Karagümrük" belimdəki zədədən narahatdır. Onlar mənə maaşsız müqavilə imzalamağı, yalnız oyunlara görə pul ödəməklərini təklif etdilər. Bu təklif məni qane etmədi. Kipr "Apollon"u variantı da var idi. Təlim-məşq toplanışında məni gözlədiklərini dedilər və mənə bilet alacaqlarına söz verdilər. Amma sonda yoxa çıxdılar. Həmin anda “Qarabağ” meydana çıxdı. “Rostov” da məni istəyirdi. Amma Vitali Kafanov Azərbaycan variantını biləndə mənə ora getməyi məsləhət gördü. Sonda qərarımdan peşman olmadım. Azərbaycanda mövsüm çox yaxşı keçdi".

Qeyd edək ki, Andrey Lunyov 2023/2024 mövsümündə "Qarabağ"da oynayıb. 

Seçilən
9
teleqraf.com

1Mənbələr