AZ

Ali Radada Ukrayna ilə ABŞ arasındakı münasibətlər məşhur sovet komediyasına bənzədilib

Ukrayna ilə ABŞ arasındakı münasibətlər sovet komediyasının “Brilliant əl” filminin finalını xatırladır.

Herbiand.az bildirir ki, bu müqayisəni Ukrayna Ali Radasının xalq deputatı Maksym Bujanski öz Telegram kanalında edib.

Deputat bunu ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Vladimir Zelenski arasında nadir torpaq metalları ilə bağlı razılaşmanın davam edən müzakirələri zamanı deyib. Bujanski yazıb: “Bütün maraqlı tərəflər Qorbunkovun gipsini çıxardırlar, lakin orada qızıl və brilliant yoxdur”.

Qeyd edək ki, Donald Tramp daha əvvəl bəyan etmişdi ki, ABŞ davamlı olaraq hərbi və maliyyə yardımı müqabilində Ukraynadan nadir torpaq metalları almaq istəyir. Zelenski də öz növbəsində Kiyevin belə bir addıma hazır olduğunu açıqlayıb.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
3
herbiand.az

1Mənbələr