Rusiya-Azərbaycan gərginliyi hər iki cəbhədən qarşılıqlı ittihamların dərinləşməsi ilə müşahidə olunur. Bəzi rus ekspertlər rəsmi Bakının bu məsələdəki tələblərində tam haqlı olduğunu desələr də, Azərbaycanı əsassız şəkildə ittiham edənlər də var. Məsələyə Bakıda yanaşma isə birmənalıdır: Rusiya mülki təyyarəmizi vurub və buna görə üzərinə düşən öhdəliklərə əməl etməlidir. Bu baxımdan Azərbaycan Televiziyasının (AzTV) sədri Rövşən Məmmədovun hazırladığı süjetdə gerçəkləri səsləndirib Moskvanı ittiham etməsi ümumi mövqe kimi qəbul edilir.
Bakı və Moskva arasında gərginlik necə səngiyə bilər? Növbəti mərhələdə iki ölkənin münasibətləri necə olacaq?
Referans.az xəbər verir ki, Globalinfo.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib ki, Rusiya hazırda haqsız aqressiya nümayiş etdirir:
“Yuli Sezar (Roma İmperatoru – red.) güzgünün önünə keçib özünə baxıb deyir: “Sezar, hirslisən, deməli, haqsızsan”. Rusiya bu gün çox hirslidir, deməli, haqsızdır. Rusiya Federasiyası nə qədər ki gerçəyi dilə gətirməyəcək, bir o qədər aqressiv davranacaq, siyasətdə rinqdən və əlcəyindən başqa intellektual baqajında heç nə olmayan Value azərbaycanlıları hədələyəcək, Rusiya vətəndaşı olan iş adamlarının əmlakının müsadirə edilməsi ilə bağlı fikirlər səsləndiriləcək. Bütün bunlar bumeranq kimi Rusiyanın özünə yönələcək. Rusların əslində hüquqi, demokratik dövlətdə yaşamadıqlarını onlara göstərəcək. Beləliklə, Rusiya Federasiyasının təməl daşlarına zərər dəyəcək”.
Deputat qeyd edib ki, Rusiyadakı ağıllı siyasətçilər bu üslubu dəyişməlidirlər:
“Azərbaycana qarşı qarayaxma kampaniyasına son qoyulmalıdır. Rəsmi Bakı təmkinli davranır, haqqını, hüququn bərpasını tələb edir. Üçtərəfli kommisiyanın ilkin nəticəsindən aydındır ki, Azərbaycan təyyarəsi vurulub. Bu da Rusiyanın hava məkanında baş verib. Bunun Rusiya-Ukrayna müharibəsi ilə heç bir əlaqəsi yoxdur. Çünki “kavyor əməliyyatı” Azərbaycan təyyarəsi vurulandan 8 dəqiqə sonra elan edilib. Ona görə də bunu başqa bir formada manipulyasiya etmək mümkün deyil”.
H.Babaoğlu bildirib ki, Rusiya lazımi addımları atmalıdır:
“Azərbaycanın istəyi beynəlxalq hüquqa əsasən tələblərin yerinə yetirilməsidir. Əks halda dünya siyasətindən təklənən Rusiya yaxın qonşusu və dost ölkə Azərbaycanla münasibətlərinə ciddi zərbə vurmuş olacaq”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta