AZ

Müdafiə nazirinin səsi cinayət alətinə çevrildi

İtaliyanın müdafiə naziri Quido Krosettonun səsini süni intellektlə təqlid edən fırıldaqçılar iş adamlarını hədəf alıb.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. 

Belə ki, fırıldaqçılar modelyer Giorgio Armani, “Inter Milan”ın keçmiş sahibi Massimo Moratti, “Prada”nın həmtəsisçisi Patrizio Bertelli, “Esselunga” supermarketlər şəbəkəsinin sahibi Caprotti ailəsinin üzvləri, “Minervini” əczaçılıq qrupunun sahibi Aleotti ailəsi, odlu silah istehsal edən Beretta və Menarini ailələrinin üzvlərini hədəf alıblar.

Fırıldaqçılar özünü Krosetto və onun işçiləri kimi təqdim edərək insanları telefon zəngləri ilə tələyə salıblar.  

Hədəflərdən Yaxın Şərqdə oğurlanmış italyan jurnalistlərin azad edilməsi üçün 1 milyon avro məbləğində vəsait tələb edilib. Fırıldaqçılar həmin vəsaiti Honq-Konqda yerləşən bank hesabına köçürülməsini istəyiblər.  

Bundan sonra çoxlu iş adamı şikayət edib. Fırıldaqçıların indiyə qədər 4 pul köçürməsi ala bildikləri, bu köçürmələrdən birinin Moratti tərəfindən edildiyi və təxminən 1 milyon avro göndərildiyi bildirilib.

Seçilən
4
cebheinfo.az

1Mənbələr