AZ

Tramp: “ABŞ Ukraynaya ayrılmış vəsaitin geri qaytarılmasını istəyir” – ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqton Ukraynaya ayrılmış vəsaiti geri qaytarmaq niyyətindədir, çünki bu ölkə "bir gün Rusiyanın bir hissəsinə çevrilə bilər".

"Onların çox dəyərli torpaqları var - nadir torpaq metalları, neft, qaz və digər ehtiyatlar baxımından. Mən istəyirəm ki, pullarımız təhlükəsiz olsun. Çünki biz yüz milyardlarla dollar xərcləyirik. Onlar razılığa gələ bilərlər, gəlməyə bilərlər. Bir gün Rusiyanın tərkibinə keçə bilərlər, keçməyə də bilərlər", - deyə Tramp Fox News telekanalına müsahibəsində bildirib.

ABŞ lideri əlavə edib ki, Vaşinqton Ukraynaya ayrılan təxminən 500 milyard dollarlıq vəsaitin ekvivalenti olaraq nadir torpaq metalları əldə etmək istəyir. Onun sözlərinə görə, bu yolla ABŞ "özünü axmaq kimi hiss etməyəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
13
olaylar.az

1Mənbələr