Xarici kəşfiyyatın xeyrinə casusluqda ittiham olunan Azərbaycan vətəndaşı Azər Bağırov cinayət məsuliyyətinə cəlb edilib.
Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib. Bağırov Azərbaycan Cinayət Məcəlləsinin 274-cü maddəsilə (dövlətə xəyanət) ittiham olunur.
Məlumatlı mənbələrdən bəlli olub ki, Azər Bağırov Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin İordaniya ərazisində keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb və Bakıya gətirilib.