1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Bu gün Malıbəyli və Quşçular qətliamının ildönümüdür.
Oxu.Az xatırladır ki, qətliamın törədilməsindən 33 il ötür.
1992-ci ilin 10-12 fevralında erməni qeyri-qanuni silahlı birləşmələrinin Şuşa rayonunun Malıbəyli, Aşağı Quşçular və Yuxarı Quşçular kəndlərinə hücumu nəticəsində təxminən 50-yə yaxın dinc azərbaycanlı qətlə yetirilib.
![](https://static.cdnsb.net/afm/images/2025/02/11/16622313.jpg)
Şuşa rayonunda əhali tərkibi azərbaycanlılardan ibarət olan Malıbəyli və Quşçular kəndi rayonun inzibati mərkəzi olan Şuşa şəhərinə yaxın dağlıq ərazidə - yaylaqlarda yerləşirdi. Kəndlərdə təxminən 4 000 nəfərə yaxın əhali yaşayırdı.
Qarabağ müharibəsi başlanan andan bu kəndlər erməni silahlı birləşmələrinin əsas hədəflərinə çevrilmişdi. 1991-ci ilin oktyabr ayından etibarən Malıbəyli tamamilə mühasirədə idi.
![](https://static.cdnsb.net/afm/images/2025/02/11/16622315.jpg)
Fevralın 5-də kəndlərin üzərində uçan helikopter sakinlərə üzərində yaşayış yerlərini tərk etmək üçün iki gün vaxt verildiyi yazılan bildirişlər paylayıb. Bölgə 1991-ci ildən mühasirədə olduğu üçün yeganə giriş-çıxış helikopterlə mümkün olub. Şuşaya uçan axırıncı helikopter isə yanvarın 28-də ermənilər tərəfindən vurulub.
Fevralın 10-da gecəyarısı erməni silahlı birləşmələri Malıbəyliyə hücum ediblər. Qadın və uşaqlar Quşçular kəndinə qaçıblar. Bütün evlər yandırılıb. Ümumilikdə isə hər iki kəndin sakinləri səhərə qədər düşmənlə vuruşublar.
![](https://static.cdnsb.net/afm/images/2025/02/11/16622317.jpg)
Məhz Malıbəyli, Aşağı Quşçular və Yuxarı Quşçular kəndlərindəki qətliamdan sonra yüzlərlə günahsız azərbaycanlının qanı axıdılan Qaradağlı, Ağdaban soyqırımları və əsrin ən böyük faciələrindən olan Xocalı soyqırımı baş verib.