AZ

Tramp İranla dialoqa hazırdır: ŞƏRTİNİ AÇIQLADI

ABŞ Prezidenti Donald Tramp İranla hərbi münaqişəyə cəlb olunmaqdansa, sövdələşmə bağlamağa üstünlük verəcəyini bildirib.

Oxu.Az-ın məlumatına görə, o, bu barədə “Fox News” telekanalına müsahibəsində deyib.

“Hamı düşünür ki, İsrail bizim köməyimiz və ya razılığımızla İranı bombalayacaq, bunun olmamasını istərdim. Mən İranla (İranın nüvə obyektlərində – red.) yoxlamalar aparmağa, müşahidə etməyə imkan verəcək sövdələşməyə üstünlük verərdim”, – deyə o bildirib.

Tramp qeyd edib ki, İrana sövdələşmə nüvə silahı əldə etməyə imkan vermək olmaz.

“Onları (İran hakimiyyətini – red.) dayandırmağın iki yolu var: bombalar və ya kağız parçası vasitəsilə. Mən onlara zərər verməyəcək sövdələşmə bağlamağı üstün tutardım. Düşünürəm ki, İran tərəfi də bunu istəyərdi”, – deyə Tramp əminliyini ifadə edib.

ABŞ prezidenti həmçinin qeyd edib ki, Tehran narahatdır və qorxur, çünki onun müdafiə potensialı demək olar ki, tamamilə itirilib.

Daha əvvəl Tramp İrana qarşı ABŞ-nin maksimum təzyiqinin bərpası haqqında fərman imzalayıb. Bu, o cümlədən Vaşinqtonun İran neftinin ixracının azaldılmasına yönəlmiş səylərinin aktivləşdirilməsini nəzərdə tutur. Eyni zamanda Tramp İran Prezidenti Məsud Pezeşkianla görüşmək imkanını istisna etməyib.

Bundan sonra İranın xarici işlər naziri Abbas Əraqçı bildirib ki, ABŞ prezidentinin Tehranın nüvə silahı əldə etməsi ilə bağlı narahatlığı əsassızdır. Onun sözlərinə görə, İslam Respublikası Nüvə Silahının Yayılmaması Müqaviləsinə sadiqdir. Bundan əlavə, İranın Ali Rəhbəri Ayətullah Əli Xameneinin belə silahın yaradılmasının qadağan edilməsi ilə bağlı dini göstərişi mövcuddur. Əraqçı vurğulayıb ki, Tehrana maksimum təzyiq göstərmək cəhdi əvvəlkilər kimi uğursuz olacaq.

Seçilən
0
1
medianews.az

2Mənbələr