AZ

“Araz-Naxçıvan” üçün elitada 100-cü oyun

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 22-ci turu “Araz-Naxçıvan” üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, Muxtar Respublika təmsilçisi ölkə çempionatlarının yüksək dəstəsində 100-cü oyununu keçirib.

“Kəpəz”lə ev matçına təsadüf edən yubiley qarşılaşması qolsuz heç-heçə ilə yekunlaşıb.

“Araz-Naxçıvan” bu 100 görüşdə 32 qələbə qazanıb, 22 heç-heçə edib və 46 dəfə uduzub. “Dalğa Arena”dakı matç həm də 50-ci ev oyunu olub. Bu qarşılaşmalarda 20 qələbə, 14 heç-heçə və 16 məğlubiyyət qeydə alınıb.

Qeyd edək ki, Naxçıvan klubu ilk oyununu 2000-ci il avqustun 5-də “Qarabağ”a qarşı səfərdə keçirib və 0:1 hesabıyla uduzub. Bu komanda ilk ev matçını isə bir həftə sonra “Dinamo” ilə (0:0) keçirib.

Seçilən
19
9
arena.az

10Mənbələr