AZ

“Neftçi” braziliyalı vingerlə gücləndi

“Neftçi” heyətini braziliyalı vingerlə gücləndirib.

Klubdan  90deqiqe.Az-a verilən məlumata görə, "ağ-qaralar" 22 yaşlı Aleks Fernandeslə anlaşıb.

O, yeni komandasında 11 nömrəli formanı geyinəcək.

Oyunçu Rusiyanın “Baltika” klubundan bu mövsümün sonuna kimi icarəyə götürülüb. Razılaşmaya görə, icarə müddəti sonradan daha 6 ay uzadıla bilər.

Aleks Braziliyanın “Atletiko Mineyro” və “Santos” klublarının U-20 komandalarında çıxış edib, 2022-ci ildə isə Bolqarıstan “Çerno More”sinə keçib. 2024-cü ilin fevralından şərəfini qoruduğu “Baltika”nın heyətində Rusiya I Liqasında bu mövsüm meydana çıxdığı 15 oyunda 3 qola imza atıb.

Seçilən
30
19
90deqiqe.az

10Mənbələr