Ermənistan Rusiyanın Azərbaycanla danışıqlarda vasitəçi olması ideyasını rədd edib.
Publika.az xəbər verir ki, bu barədə ölkə parlamentinin spikeri Alen Simonyan brifinq zamanı bildirib.
“Keçmiş təcrübə çoxlu pis xatirələr buraxdı, hələ də cavabını tapa bilmədiyimiz bir çox sualımız var”, deyə spiker bildirib.
Simonyan həmçinin bəyan edib ki, Moskvanın İrəvanla Bakı arasında vasitəçi kimi iştirak etməsi ehtimalı azdır.