AZ

Renat Dadaşovun komanda yoldaşı "Qalatasaray"da

Türkiyənin "Qalatasaray" klubu növbəti transferini yekunlaşdırmaq üzrədir.

Sportal.az xəbər verir ki, İstanbul nəhəngi "Ankaragücü"də çıxış edən Arda Ünyayın keçidini həll edib. Bu barədə yerli mətbuat məlumat yayıb.

"Qalatasaray" 18 yaşlı mərkəz müdafiəçisi üçün I Liqa klubuna 500 min avro təzminat ödəyəcək. Gənc oyunçu bu gün tibbi müayinədən keçdikdən sonra onunla rəsmi müqavilə imzalanacaq.

Arda Ünyay "Ankaragücü"nün yetirməsidir. Türk futbolçu bu mövsüm paytaxt təmsilçisinin heyətində 4 rəsmi matçda meydana çıxıb.

Qeyd edək ki, Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşov da "Ankaragücü"nün formasını geyinir.

saytlarin hazirlanmasi

Seçilən
8
sportal.az

1Mənbələr