AZ

Tramp: Ukrayna nizamlamasında mühüm irəliləyiş əldə olunub

Son bir həftə ərzində Ağ Ev administrasiyası ilə Moskva və Kiyev arasında sıx təmaslar nəticəsində Ukrayna münaqişəsinin həlli məsələsində mühüm irəliləyiş əldə olunub. ABŞ prezidenti Donald Tramp bu barədə fevralın 11-də “Fox News” telekanalına müsahibəsində bildirib.

“Düşünürəm ki, razılaşma olacaq. Düşünürəm ki, biz son bir həftə ərzində əhəmiyyətli irəliləyiş əldə etdik”, - deyə Tramp qeyd edib.

O deyib ki, komandasının məqsədi Ukraynadakı nadir metallara çıxış əldə etməkdir. 

ABŞ prezidenti onu da əlavə edib ki, Kiyevə pulsuz yardım etməyi planlaşdırmır.

Bundan əlavə, Tramp bəyan edib ki, Ukrayna ona yatırılan Amerika vəsaitlərinin təhlükəsizliyinə zəmanət verməlidir, çünki o, “nə vaxtsa Rusiya ola bilər”.

P.ƏMİRCANOV

XQ

 

 

 

Seçilən
5
xalqqazeti.az

1Mənbələr