Bakı şəhər Yasamal rayonu ərazisində intihar hadisəsi baş verib.
Moderator.az Teleqraf.az-a istinadən xəbər verir ki, MİDA yaşayış kompleksindəki 32 saylı binadan bir nəfər özünü atıb.
Həmin şəxs hadisə yerində ölüb.
İlkin araşdırmalarla intihar edən şəxsin Bakı şəhər sakini 1971-ci il təvəllüdlü Şirin Əhməd oğlu Eminov olması müəyyənləşib.
Belə ki, o, həmin binada qardaşının evinə qonaq gəlibmiş.
Faktla bağlı araşdırma aparılır.