AZ

ABŞ-dakı ermənilər fəallaşıb: “Tramp ermənilərə dəstəyini Vardanyanı azad etməklə başlaya bilər”

ABŞ-da yaşayan ermənilər Bakıda hazırda mühakimə olunan bir qrup terrorçunun məhkəməsindən narahat olmağa başlayıblar. Tribunainfo.az xəbər verir ki, erməni dasporu məsələyə müdaxilə etməsi üçün ABŞ admnistrasiyası ilə danışıqları intensivləşdirmək üçün addımlar atırlar.

ANCA erməni diaspor təşkilatı bildirib ki, onlar Vardanyan və digərlərinin müdafiəsi üçün bir sıra addımlar atmaq fikrindədirlər. Əsasən də Ağ Evdəki tərəfdarları vasitəsi ilə Trampa təsir etməyi düşünürlər.

“The Washington Post” qəzetində isə erməni əsilli yazıçı Devid İqnatiusun məqaləsi dərc olunub. O yazıb ki, Tramp erməni xristianları qoruyacağına söz verib. “Tramp erməniləri qoruyacağına söz verib. O, Ruben Vardanyandan başlaya bilər”.

P.S. Bu bədbəxtlər anlamırlar ki, Azərbaycan uzun illərdir soyqırım törətmiş, fakt və sübutlarla təsdiqlənmiş bir qrup terrorçunu mühakimə edir. Tramp və ya bir qeyrisinin isə onun iradəsinə təsir etmək gücü yoxdur. Buna gedəcəyi də inandırıcı deyil.

Seçilən
25
tribunainfo.az

1Mənbələr